İŞİD rəhbərlərindən biri öldürüldü

İŞİD rəhbərlərindən biri öldürüldü
13:22 7 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

İraq hökumət qüvvələri Mosulun cənubunda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.

Milli.Az bildirir ki, bu barədə Trend Əl-Ərəbiyyə telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, Əlcəzair əsilli səhra komandiri Əbu Həmzə hökumət qüvvələrinin tam nəzarətinə keçmiş Hamam-əl-Əlil bölgəsində öldürülüb.

Xatırladaq ki, İraq ordusu beynəlxalq koalisiyanın və yerli silahlı qrupların dəstəyi ilə Mosulun İŞİD-dən azad olunması ilə bağlı oktyabrın ortalarında genişmiqyaslı əməliyyatlara başlayıb.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarətində idi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR