Ana və iki uşağını öldürən sürücünün istintaqı başa çatdı

Ana və iki uşağını öldürən sürücünün istintaqı başa çatdı
13:27 7 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda  ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlşadığı elan olunub. 
 
Prokuror çıxış üçün vaxt istəyib.
 
Məhkəmə prosesi noyabrın 14-də davam edəcək
 
Qeyd edək ki, hadisə Xətai rayonunun Nobel prospektində bu il iyulun 15-də saat 17:00 radələrində baş verib. Bakı şəhər sakini O.Heydərov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada ölüb.
 
O.Heydərov Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR