İş adamına pul "atan" dələduza HÖKM OXUNDU

İş adamına pul "atan" dələduza HÖKM OXUNDU
13:44 7 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iş adamlarına qarşı külli miqdarda  dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə  hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, A.Əliyev iş adamı Rüfət Vəliyevi Nizami rayonunun ərazisində olan Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri vəzifəsinə təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib.  Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü  miqdarda ziyan vurub. 2007-2008-ci illərdə isə o, iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus küllü  miqdarda əmlakı mənimsəyərək talan edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR