İş adamlarının qəniminə HÖKM OXUNDU

İş adamlarının qəniminə HÖKM OXUNDU
14:05 7 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, A.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
İstintaqla müəyyən olunub ki, A.Əliyev iş adamı Rüfət Vəliyevi Nizami rayonunun ərazisində, Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü  miqdarda ziyan vurub. 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus külli miqdarda əmlakı mənimsəyərək talan edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR