Niderlandlılara Azərbaycanda biznes qurmaq təklif olunur - FOTO

Niderlandlılara Azərbaycanda biznes qurmaq təklif olunur - FOTO
14:05 7 Noyabr 2016
82 Digər
Ölkə mətbuatı
A- A+

Niderlandda yerli iş adamlarına Azərbaycana yatırım imkanları təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatı ölkənin Zeeland bölgəsinin, Zierikzee şəhərində Azərbaycanın tanıtımına həsr olunmuş tədbir keçirib. Yerli "Wereldregio" qəzetinin baş redaktoru Aad van der Vouden aparılıcıq etdiyi tədbirdə Niderlandda yaşayan həmyerlimiz, "Connect" təşkilatının sədri Vüqar Abbasov Schouwen Duiveland bələdiyyəsinin başçısı  Xerard  Rabelinkə Azərbaycanla bağlı kitab hədiyyə edib. Bələdiyyə sədri öz növbəsində "Connect" təşkilatının fəaliyyətindən danışıb, bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib.

Daha sonra "Connect" təşkilatının katibi Vim van Embden Azərbaycanla bağlı görüntülü təqdimat edib. Təqdimatda Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salınıb, 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə məlumat verilib. Vim van Embden Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını paylaşıb, ölkəmizin gözəlliyindən, insanların qonaqpərvərliyindən, Azərbaycandakı tolerantlıqdan söhbət açıb. Təqdimatın ardınca Azərbaycan haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.

Daha sonra kiçik viktorina keçirilib. İştirakçılara Azərbaycana aid suallar verilib və cavabı düzgün tapanlara  hədiyyə çekləri, Azərbaycan haqqında kitablar hədiyyə olunub. Azərbaycanın neçə faiz torpağının işğal olunması və işğal olunan ərazinin adı ilə bağlı xüsusi suala cavab verən iştirakçı isə əlavə olaraq kinoya bilet qazanıb.

Bundan sonra isə Niderlandda yaşayan soydaşımız, nəqliyyat və daşımaçılıq üzrə mütəxəssis Nurlan Ağayev təbdir iştirakçılarına Azərbaycan iqtisadiyyatı, buradakı sərmayə imkanları ilə bağlı görüntülü təqdimat edib. Təqdimat eyni zamanda Azərbaycanın turizm imkanlarını əhatə edib. O, Azərbaycanın sərmayədarlar  üçün  maraqlı, cəlbedici xüsusiyyətlərinə diqqəti çəkərək zalda olan iş adamlarını bu ölkəyə yatırım etməyə çağırıb. N.Ağayev eyni zamanda niderlandlıların turizmə marağını nəzərə alaraq Azərbaycanda turistlərin istirahəti üçün yaradılan imkanlardan da danışıb.

Tədbirin sonunda qonaqlara skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda canlı olaraq Azərbaycan musiqiləri təqdim olunub.

Tədbirdə yerli iş adamları, siyasi partiyaların təmsilçiləri, Schouwen Duiveland bələdiyyəsi ərazisində yaşayan soydaşlarımız və yerli media qurumlarının  nümayəndələri iştirak edib.

İlkin İzzət
Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/europ/487045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR