Ramin Musayev: "Hacıyev peşman olub..."

Ramin Musayev: "Hacıyev peşman olub..."
14:28 7 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Futbolçular oyundan sonra əsəbi, həyəcanlı olurlar, çox söz deyirlər. Bu düzdür. Belə fikirlər daha çox isti başla deyilir. Ancaq bunlara inanmaq lazım deyil. 

Milli.Az xəbər verir ki, bu fikirləri "sportnet"-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi"yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "İnter"in kapitanı Nizami Hacıyev kəskin ittihamları ilə diqqət mərkəzinə düşüb. Təcrübəli futbolçunun sözlərinə görə, komandasını hakimlər bilərəkdən sıxırlar, üzləşdikləri səhv qərarlar qərəzliliyin nəticəsidir.
 
Ancaq Musayev bu haqda tam fərqli fikirdədir: "Heç kəsin kiməsə qəsd-qərəzi ola bilməz. Özünüz də görürsünüz ki, son illər hansı klub haralaradək irəliləyib. Onlar avrokuboklarda öz oyunları ilə təsdiq edirlər ki, doğrudan da, həmin yerə layiqdirlər. Bunun özü ondan xəbər verir ki, heç bir komandaya qarşı səhv bilərəkdən ola bilməz". 
 
PFL prezidenti Hacıyevin matçdan sonra onunla telefon əlaqəsi yaratdığını da diqqətə çatdırıb: "Nizami oyundan sonra mənə zəng etmişdi. Bu, öz təşəbbüsü ilə idi. Dedi ki, Ramin müəllim, ola bilsin, çılğın olmuşam. Olur da belə şeylər. Təbii haldır. Heç bir idmançı uduzmaq istəməz. Mən bunu da başa düşürəm. Yəqin, dediklərinə görə peşman olub ki, mənə zəng vurub".  
 
Xatırladaq ki, "Neftçi" - "İnter" matçında baş hakim Rəvan Həmzəzadə səhv penalti qərarı ilə yadda qalıb. Top qonaqların gürcüstanlı müdafiəçisi Zurab Xizanişvilinin əlinə cərimə meydanından kənarda dəysə də, gənc referi 11 metrlik cərimə zərbəsi təyin edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR