Çovdarovun sürücüsü generalın villalarının yerini AÇIQLADI

Çovdarovun sürücüsü generalın villalarının yerini AÇIQLADI
14:28 7 Noyabr 2016
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin bəzilərinin ifadələri məlum olub. 

Milli.Az APA-ya istinadən bildirir ki, cinayət işi üzrə şahid qismində dindirilənlər arasında Akif Çovdarovun qızı Aidanın həyat yoldaşı Qasımov Rövşən İsa oğlu da var. Rövşən Qasımov ibtidai istintaqa ifadəsində bildirib ki, 1987-ci ildən bu günədək Rusiya Federasiyasının Moskva və Sverdlovsk şəhərlərində ağac emalı biznesi ilə məşğul olur. Ailə qurduqdan sonra arvadı Aida Qasımova ilə Rusiya Federasiyasına köçüb və biznesini davam etdirib. 
 
O, əvvəlcə Elşənə 110.000 ABŞ dolları, 2006-cı ilin mart-may ayında 70.000 ABŞ dolları göndərib. Elşən isə bazar alınarkən 45.000 ABŞ dolları pul qoyub. Bazarla bağlı hər bir səlahiyyəti Elşənə verib. Hətta bazar alınarkən tam olaraq Elşənin təsisçisi olduğu "Nəzrin E" MMC-nin tərkibinə keçirilib. 2013-cü ildə Elşənə pul lazım olduğundan bazarın alınması üçün qoyduğu 45.000 ABŞ dollarının bir hissəsini götürüb, həmin vaxt "Nəzin E" MMC-nin 50 faizini Aida Qasımovanın adına keçirib. Meyvə-tərəvəz bazarının 50 faizi Aida Qasımovaya, 50 faizi isə keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun arvadı Əsədova Nüşabə Ənvər qızına aiddir. Bazardan gələn qazancın 10 faizini bu günədək Elşənə verir, Elşən isə bazarı idarə edir. Bazarı biznesindən qazandığı pulla alıb, bazarın Akif Çovdarova heç bir əlaqəsi olmayıb.
 
2005-ci ilin dekabr ayında Rusiyada olarkən Elşən Hüseynov adlı şəxs ona zəng edərək 230.000 ABŞ dollarına Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 50 ünvanda yerləşən "Meyvə-tərəvəz" bazarının 50 faizinin satıldığını bildirdikdə Elşənə hazırda 110.000 ABŞ dolları pulunun olduğunu, həmin məbləği göndərə biləcəyini deyib. Elşən ona pulu göndərməyini, həmin bazarın 50 faizini şərikli almağı təklif edib.
 
O, əvvəlcə Elşənə 110.000 ABŞ dolları, 2006-cı ilin mart-may ayında 70.000 ABŞ dolları göndərib. Elşən isə bazar alınarkən 45.000 ABŞ dolları pul qoyub. Bazarla bağlı hər bir səlahiyyəti Elşənə verib. Hətta bazar alınarkən tam olaraq Elşənin təsisçisi olduğu "Nəzrin E" MMC-nin tərkibinə keçirilib. 2013-cü ildə Elşənə pul lazım olduğundan bazarın alınması üçün qoyduğu 45.000 ABŞ dollarının bir hissəsini götürüb, həmin vaxt "Nəzin E" MMC-nin 50 faizini Aida Qasımovanın adına keçirib. Meyvə-tərəvəz bazarının 50 faizi Aida Qasımovaya, 50 faizi isə keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun arvadı Əsədova Nüşabə Ənvər qızına aiddir. Bazardan gələn qazancın 10 faizini bu günədək Elşənə verir, Elşən isə bazarı idarə edir. Bazarı biznesindən qazandığı pulla alıb, bazarın Akif Çovdarova heç bir əlaqəsi olmayıb.
 
Bundan əlavə R.Qasımov ifadəsində göstərib ki, "Aqua Agro" MMC-nin direktorudur. Həmin MMC-ni təsis etməkdə məqsəd Abşeron rayonu Masazır qəsəbəsi, Şuşa qaçqın şəhərciyinin arxasında yerləşən "Bəhrə 2010" MMC-yə məxsus istilikxanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaratmaq olub. Bu məqsədlə Masazır bələdiyyəsindən 99 il müddətinə 2 hektar torpaq sahəsi icarəyə götürüb. "Aqua Agro" MMC 26.09.2013-cü ildə qeydiyyata alındıqdan sonra həmin ərazidə tikintiyə başlayıb və 2015-ci ilin yayında tikintini yekunlaşdırıb. Lakin qayınatası Akif Çovdarov həbs edildiyindən və sonuncunun kürəkəni kimi kredit almaq üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etməkdən utandığından həmin tikili üçün heç bir avadanlıq ala bilməyib. Həmin tikiliyə təxminən 500-600 min manat arası vəsait sərf edilib. "Aqua Agro" MMC-nin ilk təsisçisi onun xahişi ilə Cəfərov Məmməd İsa oğlu olub. Cəfərov Məmmədi 2000-ci ildən tanıyıb. Onunla uzun müddət şərikli taxta biznesi ilə məşğul olduğundan aralarında partnyorluq münasibətləri yaranıb. Bu səbəbdən Məmməd Cəfərov onunla "Aqua Agro" MMC-nin balıqçılıq təsərrüfatının tikintisinə şərik olmağa razılıq verib. Həmin tikintiyə sərf edilən vəsaitin təxminən 450 000 manatı Məmməd Cəfərov tərəfindən, qalan hissəsi isə onun tərəfindən ödənilib. 2014-cü ilin dekabr ayının 21-də ölkədə baş verən devalvasiyasından sonra Məmməd Cəfərovun maliyyə vəziyyəti bir qədər çətinləşib və balıqçılıq təsərrüfatının tikintisi işindən çıxmaq qərarına gəlib. Həmçinin öz qoyduğu vəsaiti qaytarmasını istəyib. O, sonuncunun tikintiyə qoyduğu vəsaiti birdən qaytarmaq imkanında olmadığını bildirib. Məmməd Cəfərovla onun sərf etdiyi vəsaiti hissə-hissə qaytarmaq barədə razılığa gələrək ilk olaraq Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən ayda 5 vaqon taxta gətirib sataraq ödəmək barədə razılaşıblar. Lakin taxta alqı-satqısı zəiflədiyindən Məmməd Cəfərov qoyduğu vəsaitin qaytarılmasını tezləşdirməsini xahiş edib. O da bu məqsədlə 2015-ci ilin aprel ayında SKMF-dan kredit götürə bilmək üçün "Aqua Agro" MMC-ni qayınanası Çovdarova İbadət Rza qızının adına keçirib. Çünki "Bəhrə 2010" MMC də qayınanası İbadət Çovdarovanın adına olub və kredit götürə bilmək üçün kredit mütəxəssislərinə fəaliyyət göstərən şirkət göstərmək lazım gəlib. Həmin vaxt "Bəhrə 2010" MMC-nin istilikxanaları fəaliyyət göstərdiyindən MMC-ni 20.04.2015-ci ildə qayınanasının adına keçirib, özü də həmin MMC-nin direktoru təyin edilib. Bundan sonra kredit almaq üçün kredit mütəxəssisləri ilə məsləhətləşmələr aparıb. Mütəxəssislərin məsləhəti əsasında "Aqua Agro" MMC-nin yerləşdiyi torpaq sahəsi ilk təsisçi Cəfər Məmmədovun adından çıxarılaraq 06.10.2015-ci ildə İbadət Çovdarovanın adına rəsmiləşib. Məmməd Cəfərovun təxminən 57.000 manatını qaytarıb. 
 
Akif Çovdarovun şahid qismində dindirilmiş sürücüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi texniki və sosial təminat idarəsinin nəqliyyat şöbəsinin əməliyyat sürücüsü, baş gizir Atakişiyev Nurxan Aslan oğlu ifadəsində göstərib ki, 2005-ci ildən Akif Çovdarovun sürücüsü olub. O bildirib ki, Akif Çovdarovun Masazır qəsəbəsi ərazisində istilikxana və balıqçılıq təsərrüfatı var. Bundan başqa, onun Kürdəmir rayonunda dostu Fəttahın işlətdiyi balıqçılıq təsərrüfatının da olduğunu bilir. Həmin yerə dəfələrlə gedib və qonaqlıqlarda da olub. Sürücü ifadəsində deyib ki, Akif Çovdarovun Badamdar qəsəbəsində yanaşı yerləşən 3 villası, Novxanı kəndində bağ evi və "AF Center"də - sirkin yanında evi var. Onun özünü və ailəsini dəfələrlə həmin ünvanlara aparıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24 Sentyabr 2017 07:12

Meksikanın Oahaka ştatında fövqəladə vəziyyət elan edilib

24 Sentyabr 2017 06:52

Nazir Trampı psixi xəstə adlandırdı

24 Sentyabr 2017 06:43

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yaydı

24 Sentyabr 2017 06:38

Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24 Sentyabr 2017 06:17

Zəlzələ Meksikada 305 can aldı

24 Sentyabr 2017 06:09

Tramp İranı ittiham etdi

24 Sentyabr 2017 05:59

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57