Gürcüstanda bütün kateqoriyalı nəqliyyat vasitələrinə texniki baxış keçiriləcək

22:12 5 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 22:09 ]

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda avtomobillərin texniki baxışına başlanır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  2015-ci ilin martın 1-dən başlayaraq, Gürcüstanda qeydiyyatdan keçən bütün kateqoriyalı nəqliyyat vasitələri mərhələ ilə məcburi texniki baxışdan keçməlidir.

 

Gürcüstanda nəqliyyat vasitəlilərinin texniki vəziyyəti hökumətin Assosiasiya sazişi çərçivəsində Avropa Birliyi qarşısında götürdüyü öhdəliklərə əsasən Avropa standartlarına cavab verməlidir.  Hökumətin qərarına görə avtomobillərin texniki baxışdan keçməsi məcburi olacaq.

 

Xatırladaq ki, 2004-cü ildən sonra Gürcüstanda texniki baxışdan keçirilmə könüllü idi. Bu il başlanan texniki baxış isə avtomobil sahiblərinə 50 lariyə başa gələcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR