Prosineçki: "İndi hər kəs Azərbaycanın sürpriz edə biləcəyinə inanır"

Prosineçki: "İndi hər kəs Azərbaycanın sürpriz edə biləcəyinə inanır"
14:37 7 Noyabr 2016
105 İdman
Ölkə mətbuatı
A- A+

Dünya çempionatının seçmə qrup mərhələsinə start veriləndə heç kəs bizdən bu nəticəni gözləmirdi.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki İngiltərənin "The Times" nəşrinə açıqlamasında deyib.

Xorvatiyalı baş məşqçi komandanın uğuru üçün çox işləməyin lazım olduğunu bildirib: "Bir neçə oyunçunu dəyişdik. İnanırdıq ki, yaxşı nəticə əldə edəcəyik. Biz çox, lap çox işləyirik. Futbolçularıma inanıram. İndi hər kəs Azərbaycanın sürpriz edə biləcəyinə inanır. Bu nəticələr təsadüfi deyil. Mən və köməkçilərim komandanın müdafiə olunmasını deyil, futbol oynamasını istəyirik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR