“Xəzər” telekanalında “Ad günü” adlı yeni veriliş yayıma başlayır.
Axşam.az-ın məlumatına görə, proqram ad günü olan tanınmışlara həsr ediləcək. Onların doğum günləriylə bağlı maraqlı məlumatlar təqdim olunacaq. Hər dəfə verilişə 2 tanınmış dəvət ediləcək. “Ad günü”nün ilk qonaqları xalq artisti Mənsum İbrahimov və əməkdar artist Dilarə Əliyevadır.
Layihənin rejissoru Etibar Kamaloğludur.