Saakaşvili istefa verdi - VİDEO

Saakaşvili istefa verdi - VİDEO
15:08 7 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Saakaşvili bu haqda Odessa keçirdiyi mətbuat konfransında deyib.

Korrupsiyada Ukrayna hakimiyyətini ittiham edən Saakaşvili bildirib ki, istefa qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədar qəbul edib.

“Yaranmış vəziyyətdə istefaya getməyə və mübarizənin yeni mərhələsinə başlamağa qərar verdim”, - o, deyib.

O, qeyd edib ki, məmurların gəlirləri haqqında elektron bəyannamələrin elanı onun səbrini daşıran “son damcı” olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR