"İnter" 174 gündən sonra

"İnter" 174 gündən sonra
15:17 7 Noyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, cari mövsümün ilk 10 matçında uduzmayan paytaxt təmsilçisi XI turun "Neftçi" ilə XI turun səfər qarşılaşmasında 1:2 hesabı ilə yenilib. Ötən mövsümün son oyununda da məğlub olmayan Zaur Svanadzenin yetirmələrinin yenilməzliyi 11 matçdan ibarət olub. Maraqlıdır ki, "İnter"in çempionatdakı son uğursuzluğu da məhz "Neftçi" ilə səfərdə qeydə alınmışdı.

Mayın 15-də meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi. 174 gündən sonra uduzan "göy-ağlar" bu müddətdə keçirdiyi 11 matçda 6 qələbə qazanıb, 5 heç-heçə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR