Bolt: “Ronaldonu Messidən daha çox bəyənirəm”

Bolt: “Ronaldonu Messidən daha çox bəyənirəm”
15:28 7 Noyabr 2016
123 İdman
Ölkə mətbuatı
A- A+

Yüngül atletika üzrə dəfələrlə dünya və Olimpiya çempionu olan Useyn Bolt Kriştiano Ronaldo və Lionel Messidən danışıb.

Publika.az xəbər verir ki, əfsanəvi sprinter Messi və Ronaldodakı istedada heyran olduğunu bildirib. “Messi və ya Ronaldo kimi futbolçu olmaq istərdinizmi” sualına məşhur yüngül atlet belə cavab verib: “Məncə, sintez olsaydı, fenomenal olardı. Onların istedadıyla mənim sürətimi birləşdirsək, tarixiə dahi futbolçu kimi düşərdim. Şəxsən mənim Kriştianoya daha çox simpatiyam var, ancaq onlar ikisi də əlahiddə istedada malikdirlər”.

Bolt hələ də “Mançester Yunayted”in formasında meydana çıxmağın xəyallarıyla yaşayır. O, 2017-ci ildə karyerasını başa vuracaq.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR