Rusiya müdafiə nazirinin müavini Timur İvanovun xanımı özünün İnstaqram səhifəsində çimərlik fotolarını yayımlayıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 45 yaşlı Svetlana Zaxarovanın çimərlik geyimlərindəki şəkilləri izləyicilərin marağına səbəb olub. Nazir müavinin arvadının şəkillərindən birini isə izləyicilər müzakirəyə çıxarıblar. Belə ki, şəkillərdən birində çılpaq olduğu görünür.
İzləyicilər nazir müvinin arvadını belə vəziyyətdə seyr etməkdən “məmnun olduqlarını” yazıblar. Lakin rəylər arasında "Məmur xanımı belə fotolarını yaymaz" kimi şərhlərə də rast gəlinir.
Svetlana özü isə, "Düşünürəm, burada təəccüblənəcək heç nə yoxdur. Çünki istirahət etdiyim məkanda heç kim yoxdur", - şərhini yazıb.
Qeyd edək ki, Timur İvanovun xanımı birinci dəfə deyil ki, sosial şəbəkələrdə özünün açıq-saçıq fotolarını yayır.