1 dəqiqəlik sükut olacaq

1 dəqiqəlik sükut olacaq
15:58 7 Noyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Fransa - İsveç oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb. Oyunun sükutla başlamasına səbəb, ötən il noyabrın 13-də, Parisdə baş vermiş dəhşətli terror aktında dünyasını dəyişmiş insanların xatirəsini yad etməkdir.

Xatırladaq ki, ötən il Parisdə baş vermiş hücum nəticəsində 130 nəfər dünyasını dəyişmiş, yüzlərlə insan yaralanmışdı.

Fransa - İsveç oyunu noyabrın 13-də, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR