Efirdə Röyaya bahalı hədiyyə - fotolar

Efirdə Röyaya bahalı hədiyyə -  fotolar
16:11 7 Noyabr 2016
325 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni noyabrda Heydər Əliyev Sarayında baş tutacaq solo konsertindən danışıb:

"Konsertdən əvvəl həmişə qalmaqal yaşayıram. Çoxları elə bilir ki, özüm hazırlayıram. İndi hamı qalmaqal edir, kişi qadına, qadın kişiyə qarışıb. Maqazin verilişlərinə deyirəm ki, üç-dörd aydan bir yeni iş olanda danışım".

Röya aparıcılar Sevil və Sevinc bacılarının “Eşitdik toy olacaq” sözlərinə belə cavab verib:

“İkinci dəfə ailə quranlara pis baxmıram. Ailə başqa şeydir, hamı qursun. Mən yox, heç kimi bədbəxt edə bilmərəm. Oturmuşam da sakit”.

R.Ayxan bir neçə gün əvvəl sosial şəbəkədə məşhur brendlərdən birinin qolbağısının fotosunu paylaşaraq, ondan istədiyini yazıb. Veriliş zamanı həmin qolbaq və onun boyunbağısı müğənniyə göndərilib. R.Ayxan hədiyyənin kimdən olduğunu gizli saxlayıb.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR