Televizora görə 20 min adam zəng elədi

Televizora görə 20 min adam zəng elədi
16:32 7 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra əhalinin müraciətlərini qəbul etmək üçün yaradılan 14-11 nömrəli "qaynar xətt"ə gün ərzində 4-5 min müraciət daxil olur.

Milli.Az bildirir ki, bu barədə report-a Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva məlumat verib.
O bildirib ki, yaradılan "qaynar xəttə" noyabrın 1-dən bu günədək 20 mindən çox müraciət daxil olub: "Əhalinin müraciətlərini qəbul etmək üçün 11 telefon xidmət göstərir. Ötən cümə günü 5000, şənbə günü 4175, bazar günü isə 3790 müraciət daxil olub. Əhali dekoderlərin necə quraşdırılması, harada satılması və s. ilə bağlı suallar ünvanlayır. İB-nin e-mail ünvanına da müraciətlər olur".
Qeyd edək ki, noyabrın 1-dən Bakı və Abşeron ərazisində analoq yayım dayandırılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR