"Azərbaycanla viza rejiminin ləğvi mərhələli aparılır" - İran XİN

"Azərbaycanla viza rejiminin ləğvi mərhələli aparılır" - İran XİN
16:44 7 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

“İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır”.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. 
 

B. Qasımi bildirib ki, İran mümkün olduğu qədər digər ölkələrlə viza rejimini ləğv etməyə çalışır: “Bu, bizim ümumi siyasətimizdir və bu məsələni digər ölkələrlə müzakirə edirik. Həmin ölkələrdən biri də Azərbaycandır. Danışıqlar aparılıb və qərara alınıb ki, viza rejiminin ləğvi prosesi mərhələli şəkildə aparılsın”. 


Suriyada baş verən proseslərə toxunan mətbuat katibi qeyd edib ki, İran Suriya hökumətinin istəyi əsasında orada iştirak edir: “Bu hökuməti xalq və parlament seçib və onlar qanuni hökumətdir. Bəzi qüvvələrin istədikləri vaxt hansısa qanuni hökuməti devirməyə cəhd etməsi qəbulolunmazdır. İkinci məsələ terrorizmlə mübarizə məsələsidir. Suriya əgər terroristlərin çənginə düşərsə, vəziyyət daha da pisləşə bilər. İndi bütün tərəflər bu qənaətdədir ki, Suriyanın qanuni hökumətinin alternativi yoxdur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR