Azərbaycanda 4 yaşlı uşaq QORXUNC HADİSƏNİN qurbanı oldu

Azərbaycanda 4 yaşlı uşaq QORXUNC HADİSƏNİN qurbanı oldu
16:49 7 Noyabr 2016
198 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 4 yaşlı uşaq faciəli şəkildə ölüb.

 

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Qobustan qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 2012-ci il təvəllüdlü Sərxan Fazil oğlu Quliyev yaşadığı evin həyətindəki hamamda qabda olan benzini yerə tökərək yandırıb.

 

Nəticədə uşağın bədənini alov bürüyüb. Valideynləri alovu söndürüb uşağı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR