Bloomberg: Azərbaycan Misiri böhrandan xilas edir

Bloomberg: Azərbaycan Misiri böhrandan xilas edir
16:52 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Misirin energetika naziri Tarıq əl-Molla bəyan edib ki, Misir Dövlət Neft Şirkəti (Egyptian General Petroleum Corp.) xam neftin ölkənin neft emalı zavodlarına çatdırılması ilə bağlı Azərbaycanın SOCAR şirkəti ilə memorandum imzalayıb.

Milli.Az bildirir ki, bu barədə azvision.az "Bloomberg"-ə istinadən xəbər verir. 

Məlumata əsasən, Tarek əl-Molla Abu-Dabidə keçirilən konfransda bildirib ki, ötən aydan etibarən Səudiyyə Ərəbistanı heç bir izahat olmadan Misirlə neft sazişini dayandırıb və Misirə neft və neft məhsullarının tədarükünün dayandırılacağını bildirib. 

Azərbaycanın çətin günlərində Misirə yardım əlini uzatması bu ölkəni böhrandan xilas etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, noyabrın üçündən üzən məzənnəyə keçən Misir hökuməti hazırda benzin və neft məhsulları çatışmazlığını aradan qaldırmaq üçün ciddi xərclərlə üzləşib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/487196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR