Bakının kanalizasiya xəttini robotlar təmizləyir - FOTO

Bakının kanalizasiya xəttini robotlar təmizləyir - FOTO
16:57 7 Noyabr 2016
169 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda tullantı sularının optimal idarə olunması məqsədilə kompleks tədbirlər həyata keçirir.

Milli.Az bildirir kİ, qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, payız mövsümündə intensiv yağıntılarla əlaqədar kanalizasiya və yağış suları infrastrukturunun yüklənməsi bu sahəyə diqqəti artırıb.

Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün "Azərsu" ASC-nin xidmət bölmələri tərəfindən mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür. İntensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində 80 km kanalizasiya xətləri yuyulmuş, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib.

2016-cı ilin 9 ayı ərzində "Azərsu" ASC-nin xidmət bölmələri tərəfindən 560 km kanalizasiya xətləri, 16 minə qədər yağış və kanalizasiya quyuları, barmaqlıqlar lil və çöküntülərdən təmizlənib, mövcud sistemlər üzərində təmir-bərpa işləri aparılıb.

Təmizlənmiş xətlərin 415 km-i Abşeron yarımadasının 145 km-i isə regionların payına düşür. Son dövrlər kanalizasiya xətlərinin təmizlənməsində yeni texnologiyalardan istifadə olunur. Belə ki, məsafədən idarə olunan xüsusi robotlar vasitəsi ilə kanalizasiya xətlərinin vəziyyəti öyrənilir, tutulmaların baş verdiyi yerlər müəyyən edilir. Bundan sonra həmin hissələr yüksək təzyiqlə su vuran maşınlarla təmizlənir. Ötən dövrdə 176 km uzunluğunda kanalizasiya xətləri məhz bu cür xüsusi maşınlarla təmizlənib.

Payız-qış mövsümündə intensiv yağıntılar nəzərə alınaraq xidmət bölmələri tərəfindən kanalizasiya infrastrukturunda profilaktik işlər davam etdirilir. Bakı şəhərində bu işlər əsasən gecə saatlarında, nəqliyyatın intensiv olmadığı vaxtlarda həyata keçirilir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR