Bakıda 4 yaşlı uşaq yanaraq öldü

Bakıda 4 yaşlı uşaq yanaraq öldü
17:05 7 Noyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 4 yaşlı uşaq faciəli şəkildə ölüb.
 
Milli.Az bildirir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Qobustan qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 2012-ci il təvəllüdlü Sərxan Fazil oğlu Quliyev yaşadığı evin həyətindəki hamamda qabda olan benzini yerə tökərək yandırıb.
 
Nəticədə uşağın bədənini alov bürüyüb. Valideynləri alovu söndürüb uşağı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda ölüb.
 
Faktla bağlı araşdırma aparılır.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR