Rusiyalı aparıcı Bakıda ər axtarır - video+foto

Rusiyalı aparıcı Bakıda ər axtarır - video+foto
17:51 7 Noyabr 2016
2191 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Pyatniça" kanalında efirə gedən "Lesya burada" verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunacaq.

Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "İdeal kişi var, onu axtarmaq lazımdır" şüarı altında efirə çıxan verilişin aparıcısı Lesya Nikityuk hər proqramda dünyanın müxtəlif ölkələrinə səyahətə çıxaraq, oradakı kişilər haqqında məlumat toplayır və özünün reytinq siyahısını tərtib edir.

Bundan başqa, o, həmin ölkələrin kişi nümayəndələri haqqında bu və ya digər məlumatları izləyicilərinə çatdıraraq, qızları onlarla tanışlığa dəvət edir.

Bəs, Lesya özünə Bakıda ər tapa biləcəkmi? Bu suala noyabrın 12-də efirə gedəcək proqramda cavab tapmaq olar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR