"Qalatasaray" idman direktoru vəzifəsini məşhura tapşırmaq istəyir

"Qalatasaray" idman direktoru vəzifəsini məşhura tapşırmaq istəyir
17:57 7 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" idman direktoru vəzifəsinə Mattias Zammerin namizədliyini nəzərdən keçirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik hazırda bu vəzifəni icra edən Levent Nazifoğlunun işindən narazıdır. Buna baxmayaraq Nazifoğlunun son şansı qalıb. Bunun üçün "Qalatasaray" noyabrın 20-də keçiriləcək derbi matçında "Fənərbağça"nı məğlub etməlidir. "Sarı qırmızılar"ın ruh düşkünlüyü yaşaması və Kadıköydə 17 illik qələbəsizlik həsrəti bu tapşırığı olduqca çətinəşdirir.

Zammerin son iş yeri "Bayern Munich" olub. 2012-ci ildən klubda idman direktoru kimi çalışan eks-futbolçu öz xahişi ilə postundan azad edilmişdi. O, beynində yaranan problemə görə bir neçə ay işinə fasilə də verməli olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR