Avtomobillərdə İNANILMAZ YENİLİK

Avtomobillərdə İNANILMAZ YENİLİK
18:05 7 Noyabr 2016
110 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Respublikası gələn ildən avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi işini həll etmək üçün yol təhlükəsizlik qaydalarını yenidən nəzərdən keçirəcək. Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin bəyanatında deyilir. Güman edilir ki, avtomobilin korpusunda yan güzgülərin ixtisarı yanacaq sərfinin 10% azalmasına imkan verəcək. Belə ki, yan güzgülər olmadan küləyin müqavimətinin azalacağı iddia edilir. Nazirlik, həmçinin yan güzgülərin kamera və monitorlar sistemi (CMS) ilə əvəz edilməsinin yol qəzalarının sayının azalmasına da yardım edəcəyinə ümidvardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR