Xalq artistinin oğlu əməliyyata pul tapmır

Xalq artistinin oğlu əməliyyata pul tapmır
18:12 7 Noyabr 2016
358 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu aktyor Məmməd Zeynalovun vəziyyəti hələ də ağırdır.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a xalq artistinin qızı Gülbəniz Zeynalova məlumat verib. Bildirib ki, reanimasiyada müalicəsini davam etdirən qardaşı Məmməd Zeynalov yüksək qan təzyiqindən əziyyət çəkir. 

"Qardaşım bir aydır ki, xəstəxanadadır. Səhhətində irəliləyiş yoxdur. Tez-tez təzyiqi qalxır, halı pisləşir. Qorxuruq, ikinci dəfə insult olsa, ayağa qalxmayacaq. Son vaxtlar Məmməd yaddaşını itirib. Yanına gedib-gələnləri tanımır". 

G.Zeynalova heç kimin onlarla maraqlanmadığından gileylənib: "Bizimlə heç kim maraqlanmır. Maddi durumumuz imkan vermir ki, böyrək köçürülməsi əməliyyatını həyata keçirək. Donorlar var, ancaq bu cür əməliyyatları Azərbayacanda həyata keçirmirlər. Başqa bir ölkəyə aparmaq üçün pul yoxdur. Çarəsiz vəziyyətdə qalmışıq. Heç kim bizə kömək etmir. Dövlət qurumlarında müraciət etməyi düşünürük".

Qeyd edək ki, Məmməd Zeynalov mərhum xalq artisti Eldəniz Zeynalovun oğludur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru olan M.Zeynalov bir neçə müddətdir ki, insult keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR