Administrasiyadan Saakaşvilinin istefasına İLK ŞƏRH

Administrasiyadan Saakaşvilinin istefasına İLK ŞƏRH
18:13 7 Noyabr 2016
139 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezident administrasiyası Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefa qərarını şərh edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, administrasiyadan verilən məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin razılığından sonra Saakaşvilinin istefasını qəbul edəcək.

Qeyd edək ki, Mixail Saakaşvili bu gün istefa qərarını açıqlayıb. Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki, istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədardır.

Mixail Saakaşvili bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR