Arda qısqandırdı: "Zəng vurmuram və ya dəstəyim yoxdur"

Arda qısqandırdı: "Zəng vurmuram və ya dəstəyim yoxdur"
18:22 7 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Fatih Terimin Arda Turanı yenidən milli komandaya dəvət etməsində Türkiyə Futbol Federasiyasının sabiq rəsmisi Göksel Gümüşdağın vasitəçi olduğu ortaya çıxıb. Onun məsləhətinə qulaq asan Arda Terimi növbəti dəfə baba olması münasibətilə təbrik edib və aradakı buzu əridib. Bir müddət öncə millidən kənarlaşdırılan Volkan Demirelə isə analoji jest göstərilməyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Fənərbağça"nın qolkiperi "Akhisar Belediyespor"la oyundan sonra (3:1) bu barədə danışıb.

"Düzü, hər dəfə belə sualın verilməsi həm mənə, həm də orda çıxış edən yoldaşlarıma qarşı hörmətsizlik çıxır. Olan olur, keçən keçir. Deməli, yanlış əməllərim olur ki, dəvət göndərilmir. Performansım pis ola bilər, tvitterdə fəal olmaya bilərəm, zəng vurmuram və ya dəstəyim yoxdur. Ona görə günahı özümdə axtarıram".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR