Bu qız rinqə çıxmağa hazırlaşır - FOTOLAR

Bu qız rinqə çıxmağa hazırlaşır -   FOTOLAR
19:37 7 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyada kifayət qədər məşhur olan Anjelika Anderson “amplua”sını dəyişmək niyyətindədir.

MMA yarışlarında raundlararası fasilədə rinqə çıxıb əlində tablo dövrə vuran Anjelika bu dəfə özünü rinqdə sınamaq qərarına gəlib. O, qəti qərar verib və üz-gözünün zədələnməsindən qorxmur. Qarışıq idman növlərində döyüşməyi planlaşdıran gözəlçə ilk qarşılaşmasına 2017-ci ildə M-1 təşkilatının turnirində çıxacaq.

“Əlbəttə, zahiri görünüşümə görə heyfslənirəm, ancaq maraqlı olacaq. Yaxın zamanda hazırlıqlara başlayacam ki, 3-4 aya lazım olan səviyyəyə çatım. Gələn ilin oktyabrında isə ilk döyüşümə çıxacam”.

26 yaşlı Andersonun MMA döyüş təcrübəsi yoxdur və heç vaxt təkbətək döyüşlərdə iştirak etməyib.

M-1 MMA yarışlarının təşkili üzrə ən böyük promouter şirkətlərindən biridir.(publika.az)

Fanat.Az






Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bu-qz-rinq-cxmaa-hazrlar-t53979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR