Uorlik: "Hamburq görüşünü səbirsizliklə gözləyirik"

Uorlik: "Hamburq görüşünü səbirsizliklə gözləyirik"
19:47 7 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

"Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində gələcək addımları üçün tərəflərlə işləməyə davam edir. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışırlar". 

Milli.Az bildirir ki, bu sözləri APA-ya açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın danışıqlar prosesinin dayandığı barədə bəyanatına münasibət bildirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. "Biz dialoqu davam etdirmək üçün Hamburq görüşünü səbirsizliklə gözləyirik və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazırıq", - deyə o söyləyib.

Xatırladaq ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR