Arıqlamaq istəyənlər üçün NAR PƏHRİZİ

Arıqlamaq istəyənlər üçün NAR PƏHRİZİ
19:57 7 Noyabr 2016
484 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan araşdırmalar sübut edib ki, nizamlı olaraq nar yemək toxluq hissini artırır. Bəs nar pəhrizi ilə arıqlamaq mümkündürmü? Aile.lent.az nar pəhrizi haqqında mütəxəssis fikirləri ilə sizi tanış edir.

İlk növbədə onu bildirək ki, nar B5, B6, C və E, kalium, maqnezium və folat vitaminlərindən ibarətdir. Nar bütünlüklə antioksidant tərkibi ilə məşhurdur. Yarım stəkan nar dənəsi yalnız 72 kalori olduğundan aşağı kalorili pəhrizlər üçün ideal meyvədir. Araşdırmalarda nar suyunun piylənmə müalicəsində istifadə olunduğu və çəki azaltdığı sübut edilib.

Nar liflə də olduqca zəngindir, 1 stəkan nar dənəsində 7 qram lif var. Lifli qidaların insanı uzun müddət tox tutduğu, aclıq hissinin qarşısını aldığı, arıqlamağa təsirli olduğu bir çox elmi araşdırmaların mövzusu olub. İngiltərəli mütəxəssislər nizamlı nar yeməyin toxluq hissini artırdığını və aclıq hissini gecikdirdiyini iddia edirlər. Bununla yanaşı, narın antioksidant və polifenollar baxımından zəngin quruluşa malik olması piylənmə, yəni köklüklə mübarizə aparır.

Yeri gəlmişkən, 1 stəkan nar suyunda 139 kalori var. 100 qram nar isə 83 kaloridir. Çəkiyə nəzarət etmək üçün gündəlik qidalanmada nara yer verə bilərsiniz. Lakin gündəlik kalori ehtiyacına əlavə olaraq nar yemək arıqlamaq deyil, əksinə, çəki almağa səbəb olar. Məsələn, gündəlik kalori ehtiyacınız 2000-dirsə və siz yeməklərdən 2000 kalori alıb, üzərinə gündə 1-2 stəkan nar suyu içsəniz, yaxud nar yesəniz, bir müddət sonra gündəlik kalori ehtiyacınız artdığından artıq çəki alarsınız. Bu səbəbdən də gündəlik kalori ehtiyacını aşmadan nar yeməyə diqqət etməlisiniz.

Nar pəhrizinin üstünlükləri

Narın antioksidant baxımından zəngin olması yüksək xolesterol, yüksək təzyiq, revmatizm, artrit, ürək-damar, xroniki ağciyər xəstəliyi, döş və prostat xərçəngi kimi xəstəliklərlə mübarizə aparmağa kömək edir. Digər üstünlüyü isə çiy olaraq, yeməklərlə birlikdə və ya nar suyu kimi içilməsidir. Salatlarınıza da nar dənələri əlavə edə bilərsiniz.

Nar pəhrizinin mənfi tərəfləri

Bir çox şirkət nar tərkibli arıqlama həbləri istehsal etsə də, bu həblərin arıqlamağı dəstəklədiyinə dair ciddi dəlil yoxdur. Dərmanların arıqlatması isə nar yox, tərkibində olan digər maddələrdən qaynaqlanır.

Nar sağlam və aşağı kalorili meyvə olduğu üçün bir çox insan pəhriz siyahısına nar əlavə edir. Orta hesabla bir nar 105 kalori və 26 qram karbohidrat, 0.5 qram yağ ehtiva edir və xolesterolu yoxdur. Nar az miqdarda zülal ehtiva etməsinə baxmayaraq, antioksidant və vitaminlər baxımından da zəngindir.

Nar arıqlama məqsədli pəhrizlərin bir parçası olaraq istifadə oluna bilər. Bu formada nardan faydalanmaq üçün narı yeməklə yanaşı, salatlara qatmaq və nar suyu içmək olar. Yüksək şəkər tərkibi olmayan su, çay, qəhvə və ya digər içkilər də içilə bilər. Pəhriz insanın aldığı kaloriləri böyük ölçüdə azaltmaqla kilo verməsini təmin edir.

Əgər çəki atmaq üçün sağlam pəhrizin bir hissəsi kimi nar yemək istəsəniz, bunu yeməklərin bir parçası olaraq istifadə edin. Məsələn, günorta yağsız toyuq, salat, tam taxıllı çörək və nar yeyin, yaxud 1 stəkan nar suyu için. Eyni zamanda, narı paylar arası qəlyanaltı və ya axşam yeməyindən sonra yeyə bilərsiniz.

Nar pəhrizi

Səhər yeməyi:

150 qram bişmiş buğda və 1 kiçik nar

Ara yeməyi:

1 alma, 1 kiçik nar və 150 ​​qram yağsız qatıq

Nahar:

150 qram bişmiş buğda və 1 kiçik nar, 150 qram dana əti, balıq, yaxud toyuq

Ara yeməyi:

1 banan

Axşam yeməyi:

Şüyüd, cəfəri və kərəviz salatı ilə 150 ​​qram bişmiş buğda

Yatmazdan əvvəl kiçik bir kasa yağsız qatıq

Nar pəhrizi 1 həftə tətbiq edilir. Bu və ya hər hansı başqa pəhriz saxlamazdan əvvəl  həkimlə məsləhətləşin.

Nar suyunun hazırlanması:

1 stəkan böyürtkən

1 stəkan nar suyu

1 nar

30 qram zülal tozu

1 qaşığ bal

Bal istisna olmaqla bütün vəsaitləri blenderdən keçirib, balla dadlandırın və için. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/487251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR