Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Noyabr
20:24 7 Noyabr 2016
134 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

ABŞ-da prezident seçkilərinin nəticələri maliyyə və xammal bazarlarına təsirini getdikcə artırır. Bazarların reaksiyasını qısa şəkildə belə ifadə etmək olar - Tramp prezident seçilməyəcək. Respublikaçı namizədin seçkilərdə qalib gəlməsi xaos dövrü kimi xarakterizə olunur. Hillari Klintonun prezident seçilməsinə isə ABŞ-ın mövcud iqtisadi siyasətinin davam edəcəyi kimi baxılır. Bazarlar bu siyasətin davam etdirilməsini istəyir, neftin qiymətinin sabitləşməsi, hətta cüzi də olsa bahalaşma bununla bağlıdır. Üstəlik seçkilərə saatlar qalmış OPEK də neftin bahalaşması üçün son gülləsini atdı. Kartelin baş katibi bütün üzvlərin, o cümlədən OPEK-ə üzv olmayan Rusiyanın hasilatı azaltmağa razılıq verdiyini açıqlayıb. Başqa vaxt bu açıqlama neftin qiymətinin sürətlə bahalaşmasına səbəb olardı. İndiki cüzi bahalaşmanın səbəbi bazarların OPEK-in planlarına skeptik yanaşması deyil, seçkilərin nəticələrini gözləməsidir. Əgər seçkilərdə Hillari Klinton qalib gələrsə, üstəlik OPEK-in hasilatı azaltmaq planları istiqamətində addımlar atacağı yəqinləşərsə, həftə sonu neftin qiyməti yenidən 50 dollar həddini keçə bilər.

 

Vüqar MƏSİMOĞLU

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR