Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi

Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi
21:32 7 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın 3.1.1-ci yarımbəndi ləğv edilir.

Qeyd edək ki, 3.1-ci bəndin həmin yarımbənddə deyilirdi:

"3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:

3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR