Bu il qış dəvətsiz qonaq kimi vaxtından əvvəl təşrif buyurub. Amma Publika.az-ın db bölməsi soyuğa görə dilxor olmaq əvəzinə bizi qışın saxtasından qoruyan dəbli üst geyimi seçməyi təklif edir.
Milli.Az publika.az-a istinadən bildirir ki, uzun bomber kurtkaları bu qışın ən dəbli üst geyimi olmağa namizəddir. Keçən yazı çoxumuz qısa, klassik, ipək bomber gödəkcələrində keçirdik. Onda niyə də bu tendensiyanı qışa daşımayaq? Belə kurtkalar sizi həm dəbli göstərəcək, həm də həcmli sviterləri geyinməyə imkan verəcək.
Belə kurtkaları istənilən mağazadan tapa bilərsiniz, amma daha həcmli versiyalarına kişi bölməsində rast gəlmək ehtimalı da yüksəkdir.
Milli.Az