Bizi öldürən XOLESTEROL

Bizi öldürən XOLESTEROL
23:22 7 Noyabr 2016
226 Ölkə
Ölkə mətbuatı
A- A+

Xolesterol (və ya "xolesterin") əsasən qaraciyərdə sintez olunan lipiddir (piyə oxşar maddə).

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xolesterol orqanizmdə müxtəlif və çox vacib funksiyaları yerinə yetirir:

- orqanizmin bütün hüceyrələrinin qişalarına daxildir, bu qişaları sabit saxlayır və qoruyur
- orqanizmdə cinsi hormonlarının sintezində iştirak edir
- böyrəküstü vəzilərin hormonlarının sintezi üçün çox vacibdir
- maddələr mübadiləsi proseslərində iştirak edir
- gün şüalarının D vitamininə çevrilməsində böyük rol oynayır və s.
Beləliklə, xolesterolsuz bir çox həyati vacib proseslər mümkün deyil. Lakin orqanizmdə bu maddənin səviyyəsi normadan yüksək olduqda, faydalı və çox vacib maddə insanın qatilinə çevrilir.
Qanda xolesterolun səviyyəsi daim 5 mmol/l yuxarı olduqda, ürək-damar sistemi xəstəliklərinin inkişafı riski ciddi şəkildə artır. Məsələ burasındadır ki, artıq, lazım olmayan xolesterol orqanizmdə, xüsusilə damarların daxilində yığılmağa başlayır ki, bunun nəticəsində damarlar daralır, damarların keçiriciliyi azalır, damar öz elastikliyini itirir, daha kövrək olur, partlayır ki, bunun nəticəsində damarda tromblar əmələ gələ bilər. Bütün bunların nəticəsində insanda müxtəlif ağır ürək və damar xəstəlikləri inkişaf edir. Bu xəstəliklər infarkt və insult kimi ölümcül pozulmaların inkişafına səbəb ola bilər. Statistika göstərir ki, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbidir.
Qanda xolesterolun səviyyəsinin artmasının əsas səbəbləri arasında:
- qidalanmada yağların çox olması
- azhərəkətli həyat tərzi
- artıq çəki, piylənmə
- siqaret çəkmək
- spirtli içkilərin qəbulu
- bəzi xəstəliklər (şəkərli diabet, böyrək, qaraciyər, qalxanvari vəzi xəstəlikləri).
Hər bir insan qanda xolesterolun səviyyəsini bilməli (bunun üçün xüsusi qan analizi mövcuddur) və bu göstəriciyə daim nəzarət etməlidir (ən azı ildə 1 dəfə analiz vermək lazımdır). Bundan sizin sağlamlığınız və hətta həyatının asılıdır!
Xolesterolu daim yüksək səviyyədə olan insanlara xüsusi preparatlar (statinlər) təyin olunur. Həmçinin belə insanlar pəhriz saxlamalı, bədən tərbiyəsi ilə məşğul olmalıdır. Bu tədbirlərin nəticəsində orqanizmdə xolesterolun səviyyəsi və bununla bağlı olan ağır ürək-damar sistemi pozulmalarının riski də azalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/487015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR