Gəncədə 30 yaşlı qadın kimyəvi maddə qəbul edərək özünü öldürmək istəyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, Məshəti qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musazadə Elnadə kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, Musazadə Elnadə ailə münaqişəsi zəminində intihar etmək məqsədilə kimyəvi maddə qəbul edib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az