Dostların mübahisəsi bıçaqlanma ilə nəticələndi

Dostların mübahisəsi bıçaqlanma ilə nəticələndi
23:43 7 Noyabr 2016
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Gərənə kəndində iki gənc arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Kənd sakini 26 yaşlı Elvin Məmmədli həmkəndlisi 27 yaşlı Əlvan Namazovla dalaşıb. Dava zamanı üz nahiyəsindən xəsarətlər alan Əlvan Namazov Elvin Məmmədlinin sol döş qəfəsindən bıçaq zərbəsi endirib. Hər iki yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin vəziyəti kafidir.

Fakla bağlı Bərdə polisində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR