Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü

Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü
07:09 8 Noyabr 2016
130 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da İran əsilli iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərraba qarşı ittiham irəli sürülüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o İran hökuməti və şirkətlərinin lehinə irimiqyaslı sövdələşmələr həyata keçirməkdə şübhəli bilinir.

 

Məhəmməd Zərrabın qardaşı Rza Zərrab martda ABŞ-ın Mayami şəhərində həbs olunub. O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. Bütün ittihamları rədd edən Rza Zərrabın işi üzrə məhkəmə 2017-ci il, yanvarın 23-ə planlaşdırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR