Şahzadə Çarlz "ən qədim" Quranı nümayiş etdirəcək - FOTO

Şahzadə Çarlz "ən qədim" Quranı nümayiş etdirəcək - FOTO
08:08 8 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

Şahzadə Çarlz Birləşmiş Ərəb Əmirliklərinə ziyarət zamanı ən qədim Quran əlyazmasının rəqəmli surətini təqdim edəcək.

Publika.az BBC-yə istinadən xəbər verir ki, əlyazmanın surəti Böyük Britaniya və bu Körfəz ölkəsi arasında mədəni əlaqələr ilinin əsas məqamı olacaq. Dünyanın ən qədim Quran əlyazmalarından birinin səhifələri Böyük Britaniyanın Birmingham Universitetində saxlanılır.

Azı 1370 yaşında olan əlyazma ötən il aşkarlanıb.

Əlyazmanı Universitetə 1920-ci ildə İraqda doğulmuş Alphonse Mingana təqdim edib.

Quran səhifəsi

Simvolik "gerivermə"

Oxford Universitetinin apardığı sınaqlar nəticəsində bəlli olub ki, bu, İslam dininin müqəddəs kitabı, Quranın günümüzə gəlib çatmış ilkin və ya ən qədim əlyazmalarından biridir.

Həmçinin əlyazmanın Avropaya Napoleonun vitse-konsulu tərəfindən gətirilmiş və indi Parisdə saxlanılan digər sənədlərlə əlaqəsi olduğu bəlli olub.

BƏƏ-də təqdim ediləcək rəqəmsal əlyazma simvolik "gerivermə" xarakteri daşıyır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR