Gələn il Hollandiyada ilk plastik yollar inşa olunacaq

Gələn il Hollandiyada ilk plastik yollar inşa olunacaq
08:22 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Gələn ilin sonuna qədər Hollandiyada ilk plastik yolların inşası planlaşdırılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Qərbin sahə KİV-ləri məlumat yayıb.

Bu layihənin həyata keçirilməsi KWS, "Wavin" və "Total" şirkətləri arasında imzalanan müqavilə sayəsində baş tutacaq.

Söz düşmüşkən, plastik yollar konsepsiyası ötən il KWS şirkətinin mühəndisləri tərəfindən tərtib edilib.  Bu layihə avtomobil yollarının inşası üçün emal olunmuş məmulatlardan xüsusi modulların hazırlanmasını nəzərdə tutur. Bu modullar asfalta analoji olan yüklənməyə dözmək iqtidarındadır. Ancaq asfalta nisbətdə bir çox üstünlüklərə malikdir.
Misal üçün, yüngül çəkisi sayəsində onları daşımaq, bir-biri ilə birləşdirmək və lazımi vəziyyətdə uyğunlaşdırmaq çox asandır. Yolun altındakı torpaq isə daha az çökür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/487132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR