Prokurorluq Zukerberq haqqında təhqiqata başladı

Prokurorluq Zukerberq haqqında təhqiqata başladı
08:32 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Almaniyada prokurorluq "Facebook"un rəhbəri Mark Zukerberq və şirkətin 9 əməkdaşı haqqında təhqiqata başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Münhen Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
 
Təhqiqat "Facebook" rəhbərliyinin nifrət təbliğatının qadağan olunmasına dair Almaniya qanunvericiliyinin tələblərini pozması ilə bağlı şikayətə əsaslanır. Şikayət sentyabr ayında vəkil Çan-jo Sun tərəfindən verilib. Onun fikrincə, şirkətin irqçi məzmunlu statusları silməkdən imtina etməsi qanun pozuntusudur. Qeyd olunub ki, "Facebook" əslində təhqir və təhdidlərə qadağa qoyub, lakin bu, Avropaya miqrant axınından sonra çoxalan irqçi məzmunlu yazılara təsir etmək üçün yetərli deyil.   
 
"Facebook"dan isə bildiriblər ki, Almaniya qanunlarını pozmayıblar və irqçi çağırışlara qarşı mübarizə aparırlar: "Biz mümkün təhqiqatı şərh etmək istəmirik, lakin bəyan edirik ki, şirkətə qarşı şübhələrin əsası yoxdur. Şəbəkə Almaniya qanunvericiliyini pozmayıb".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR