Hindistan bayram edirdi, 21 nəfər həyatını itirdi

Hindistan bayram edirdi, 21 nəfər həyatını itirdi
09:47 8 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Bihar ştatında Günəş Allahı festivalının bayram şənlikləri zamanı baş verən bədbəxt hadisə nəticəsində 21 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən məlumat verir ki, hadisə Surye Allahına həsr olunmuş Caxat-Pudja hind festivalının son günü baş verib. Həmin gün möminlər çay qırağında Günəşin doğmasını gözləyir və ayinlər icra edirlər.

Festival günü möminlər dəmir yolu yaxınlığında yerləşən su hövzəsi ətrafında yığışarkən sürət qatarı yolu keçən ikisi uşaq olmaqla 3 nəfəri vurub.

Ştatın digər rayonlarında isə 18 nəfər ölüb ki, hamısı ayinlərin icrası zamanı çayda boğulub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR