Mosulda 16 ABŞ əsgəri həlak olub

Mosulda 16 ABŞ əsgəri həlak olub
09:52 8 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından geri alınması üzrə artıq iki həftədir davam edən əməliyyatlar zamanı ABŞ 16 hərbçisini itirib, daha 27 hərbçi yaralanıb.

Milli.Az bildirir ki, bu barədə TASS-a Moskvadakı hərbi-diplomatik mənbə məlumat verib.

"Mosulun geri alınması üzrə quru əməliyyatlarının ilk iki həftəsi ərzində 16 Amerika hərbçisi ölüb, 27-si yaralanıb. Ölüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb", - deyə mənbə bildirib.

Mənbə, həmçinin qeyd edib ki, hərbçilərdən ikisi ABŞ-ın "B-52H" təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR