Zyuqanov SSRİ-nin bərpası uğrunda mübarizəyə başladı

Zyuqanov SSRİ-nin bərpası uğrunda mübarizəyə başladı
10:12 8 Noyabr 2016
213 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabr inqilabının 99-cu ildönümü münasibətilə Moskvada keçirilən mitinqdə Rusiya Kommunist Partiyasının (KPRF) lideri Gennadi Zyuqanov başçılıq etdiyi partiyanın SSRİ-ni bərpa etmək üçün mübarizəyə başladığını elan edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Zyuqanov SSRİ-nin bərpasını partiyasının əsas vəzifəsi olduğunu bildirib.

"Biz sovet hakimiyyətini yenidən bərpa etmək üçün hər şeyi edəcəyik. 1991-ci ildə çökdürülmüş böyük dövlətimizin yenidən yaradılması, Böyük Oktyabrın ideyalarının təbliği üçün əlimizdən gələni əsirgəməyəcəyik", - kommunistlərin lideri çıxışında deyib.

Zyuqanovun dediyinə görə, onun partiyası güclü komanda ətrafında birləşib və əsas məqsədi nəhəng ittifaq dövlətini  bərpa etməkdir. "Bizim öz proqramımız, aydın və dəqiq vəzifəmiz var - nəhəng ittifaq dövlətini bərpa etmək", - o deyib.

Bu gün kommunistlər və Rusiyanın solçu təşkilatlarının tərəfdarları Moskvada 7 noyabr münasibətilə yürüş-mitinq keçiriblər. Moskva polisi yürüşdə 1500-ə qədər adamın iştirak etdiyini bildirir.

Hazırda Rusiya prezidenti Vladimir Putin SSRİ-ni öz versiyasında bərpa etməyə çalışır, onun Avrasiya İttifaqı ideyası "yeni SSRİ" adı alıb. İdeya keçmiş sovet respublikaları da daxil olmaqla Avrasiyanın bir çox ölkələrinin iqtisadi, daha uzaq perspektivdə isə siyasi inteqrasiyasını nəzərdə tutur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR