Dünya çempionunun qatili Bakıya uçarkən yaxalandı

Dünya çempionunun qatili Bakıya uçarkən yaxalandı
10:24 8 Noyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Kikboksinq üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayilov qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada öldürülüb.

 

Paytaxtın ticarət mərkəzlərindən birinin yaxınlığında baş verən hadisənin təfərrüatlarını araşdıran Moskva hüquq-mühafizə orqanları artıq cinayətkarı yaxalayıb. Rusiyanın Şimali Qafqaz regionunun sakini olan qatil Azərbaycana qaçmaq istəyərkən tutulub.

 

O, Şeremetyevo hava limanında Bakıya uçan təyyarədə saxlanılıb. Bunun üçün havaya qalxmaqda olan təyyarəni saxlatdırmaq lazım gəlib.

 

Adı açıqlanmayan cinayətkarın dünya çempionunu öldürməsinə səbəb isə aralarındakı maliyyə mübahisəsi olub. Ticarət mərkəzinə yaxınlığında avtomobilin içində baş tutan mübahisə 31 yaşlı qatilin tapançadan atəş açması ilə nəticələnib. Sinəsindən güllələnən Cəbrayılovun cəsədini polis işçiləri mərkəzin yanından tapıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR