Metroda DƏHŞƏT: Mübahisə etdiyi qadını qatarın altına atdı - FOTO

Metroda DƏHŞƏT: Mübahisə etdiyi qadını qatarın altına atdı - FOTO
10:52 8 Noyabr 2016
204 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-York metrosunda dəhşətli hadisə baş verib.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, mübahisə edən iki qadından biri digərini itələyərək relslərin üstünə salıb. 46 yaşlı qadın qatarın altında qalaraq hadisə yerindəcə dünyasını dəyişib.

Əldə edilən məlumata görə, hadisə metronun "Times Square" stansiyasında qeydə alınıb.

Stansiyada olan polislər digər sərnişinlərin köməyi ilə faciəyə səbəb olan qadını nəzarətə götürüblər.

Qeyd edək ki, Nyu-York metrosunda bənzər hadisə 2012-2014-cü illərdə də baş vermişdi. Nəticədə üç şəxs həyatını itirmişdi.

Təhməz Təkin

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR