Bu üç serialın yayım günləri dəyişdi - fotolar

Bu üç serialın yayım günləri dəyişdi - fotolar
10:56 8 Noyabr 2016
196 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə telekanallarında yayımlanan üç serialın vaxtı dəyişdirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni mövsümdən FOX TV-də yayımlanacaq "Möhtəşəm yüz il: Kösəm" hələ başlamadan artıq gün dəyişdirib. 

Nurgül Yeşilçay, Farah Zeynep Abdullah və Metin Akdülgerin daxil olduğu ekran işinin  14 noyabrda başlayacağı deyilmişdi. Lakin cümə günləri yayımlanan "Bana sevmeyi anlat" serialı bazar ertəsinə keçirildikdən sonra onun yerinə "Kösəm sultan" gətirilib.

Beləliklə, "Möhtəşəm yüz il: Kösəm" noyabrın 18-də, "Bana sevmeyi anlat" isə noyabrın 21-də ekrana gələcək.

Digər gününü dəyişən serial isə "Yüksek sosyete" olub. Ekran işi bundan sonra şənbə günləri yayımlanacaq.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR