Amerikan premium fast-food brendi olan Mooyah ilk dəfə olaraq Bakıda

Amerikan premium fast-food brendi olan Mooyah ilk dəfə olaraq Bakıda
11:32 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Fast-food müasir dünyanın ayrılmaz hissəsi olmuşdur. Gənclik Mall AVM-nin 3-cü mərtəbəsində açılan Amerikanın premium fast-food brendi olan Mooyah burger sevənlərin ən sevimli yerlərindən birinə çevrilib.

Mooyah bütün dünyada məşhur olan tez xidmət göstərən amerikan restoranlarından biridir. Mooyah restoranlar şəbəkəsi əsasən ABŞ-ın bir çox ştatlarında, Kanada, Meksika, Bəhreyn, BƏƏ və digər Körfəz sahili ölkələrində, hal-hazırda isə bizim ölkədə fəaliyyət göstərir.

Restoranın meneceri Fərid Kərimzadənin sözlərinə əsasən, Mooyah restoranı digər restoranlardan qidaların təmizliyi, təbiiliyi, həmçinin müştərilərin gözü önündə hazırlanması ilə fərqlənir və seçilir.

"Menyuda əsas yeri burger, kartof fri, salat və dondurma şeyki tutur. Yaxşı nəticə və müştəri məmnuniyyəti qazanmaq üçün biz öz çörəyimizi özümüz bişiririk, hansı ki, dadına görə digər çörəklərdən fərqlənir. Bizim burgerlərin dadlı olmağının səbəbi istifadə etdiyimiz yüksək keyfiyyətli ətdən irəli gəlir. Həmçinin bütün qidalarımız halaldır. Kartof fri, dondurma, müxtəlif souslar, pendirlər ABŞ-dan ixrac olunur və hər birinin müvafiq sertifikatı var. Bizim burgerləri dadan onun necə dadlı olduğunu anlayar", - Fərid Kərimzadə dedi.

Fərid Kərimzadənin sözlərinə görə, hər bir işçiyə ABŞ-dan gələn mütəxəssislər tərəfindən kurs keçilmişdir. Sağlam həyat tərzi keçirən və təbii qidalarla qidalanmaq istəyən şəxslər Mooyah-nın müştəriləridir. Bir sözlə, əgər siz ən yaxşı burger, kartof fri, dondurma şeykini dadmaq istəyirsinizsə və hələ də dadmamısınızsa, onda mütləq Mooyah-ya gəlin.














Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/487371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR