Mərhum xalq artistinin oğlu baş direktor vəzifəsindən çıxarıldı - FOTO

Mərhum xalq artistinin oğlu baş direktor vəzifəsindən çıxarıldı - FOTO
11:47 8 Noyabr 2016
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın mərhum xalq artistinin oğlu vəzifəsindən azad edildi.

Milli.Az criminal.az-a istinadən bildirir ki, Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğlu Toğrul Adıgözəlov məhşur klinikadakı baş direktor postunu itirib.

Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsində çalışan T.Adıgözəlov bir neçə gün əvvəl işdən uzaqlaşdırılıb. Onun yerinə Xüsusi Müalicə Sağlamlıq Kompleksinin direktoru İxtiyar Sultanov təyin olunub. 

T.Adıgözəlova sadiqliyi ilə seçilən bir neçə məşhur həkim heyətinin də işdən çıxarılacağı bildirilir.

Bundan başqa, T.Adıgözəlovun nəzarətində olan ''Caspian İnternational Hospital''da da əsaslı dəyişikliklər edilib. Həmin klinikaya isə Ramin Bayramlı təyin olunub.  

T.Adıgözəlovun direktor postundan çıxarılmasının səbəbini araşdırırıq. Bizi izləyin... 

Xatırladaq ki, T.Adıgözəlovun qardaşı Yalçın Adıgözəlov Azərbaycanda tanınmış dirijordur. Toğrul Adıgözəlov əvvəllər 1999-2009-cu illərdə Bakının məşhur klinikalarından olan "Leyla Şıxlinskayanın Klinikası"nın baş həkimi vəzifəsində işləyib. 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov klinikanı lisenziyadan məhrum etmək istəsə də, Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bildi və onu bağlanmağa qoymadı. 

Ramin Bayramlı isə yeni vəzifəyə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru vəzifəsindən gətirilib. O, həmin klinikada işləyən zaman xəstələrdən birinin oğlunu təhqir etdiyinə görə prokurorluğa verilmişdi. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR