İstanbulun Maltepe məhəlləsində yaşayan ailədə
valideynlərin dəhşətli hərəkəti ortaya çıxıb.
Publika.az xəbər verir ki, valideynlər bir yaş yarımlıq
körpənin əlində, qolunda, üzündə və cinsiyyət orqanında siqaret
söndürüblər.
Uşaq 2,5 yaşlı bacısı ilə evdə tək qalanda ağlamağa başlayıb.
Qonşular qapını döysələr də açan olmayıb. Daha sonra nənəsinə zəng
ediblər. Qapının qıraraq içəri daxil olanda isə dəhşətli mənzərə
ilə qarşılaşıblar. Hüquq-mühafizə orqanları işi nəzarətə götürüb.
Ekspertiza müəyyən edib ki, körpə uşağın cinsiyyət orqanında,
bədənində, üzündə, barmaqlarının arasında siqaret söndürülüb.
Prokuror uşağın ana və atasına 16 il həbs istəsə də, kifayət qədər
dəlil olmadığı üçün onlar sərbəst buraxılıb. Lakin hər iki uşaq
dövlətin himayəsinə götürülüb.
Asif